Milli Məclis hazırda davam edən iclasında 8 Noyabr – Zəfər Gününün növbəti ili ilə əlaqədar Bəyanat qəbul edəcək.
Referans Media-ın məlumatına görə, spiker Sahibə Qafarova giriş nitqində torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımıza rəhmət, qazilərimizə şəfa diləyib.
Parlamentin sədri Zəfər Günü ilə əlaqədar parlament adından Prezident İlham Əliyevə və Birinci vitse-prezidentə təbrik məktubu göndərməyi təklif edib. Deputatlar alqışlarla spikerin təşəbbüsünü dəstəkləyiblər.
İclas Zəfər Gününə həsr olunmuş çıxışlarla davam edir.
