İspaniyada meydanda ürəyi dayanan futbolçunun vəziyyəti pisləşdi - VİDEO

İspaniyada "Tenerife" və "Andorra" komandaları arasında keçirilən matçda qorxulu anlar yaşanıb.

Referans Media  xəbər verir ki, "Tenerife"nin hücumçusu Xesus de Migel matçın əlavə olunmuş dəqiqələrində rəqib qapıçı Ovono ilə şiddətli toqquşaraq huşunu itirib. Meydanda ürəyi dayanan 28 yaşlı futbolçuya təcili olaraq ürək masajı olunub. İlkin tibbi müdaxilədən sonra nəbzi bərpa olunan və sərbəst nəfəs almağa başlayan hücumçu huşsuz vəziyyətdə təcili xəstəxanaya çatdırılıb. Matç 2:2 hesabı ilə dayandırılıb.

"Tenerife" klubunun futbolçunun səhhəti ilə bağlı yaydığı son rəsmi bəyanatda isə vəziyyətin kritik olduğu bildirilib:

"Xesus de Migelin neyroloji vəziyyətində pisləşmə qeydə alınıb. O, hazırda həkim nəzarətindədir. Yaxın saatlarda əlavə məlumat veriləcək"./Offsideplus.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki