Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək

Misli Premyer Liqasında XI turun növbəti oyunları bu gün baş tutacaq.

Referans Media xəbər verir ki, turun şənbə proqramında azarkeşləri iki maraqlı qarşılaşma gözləyir.

Günün ilk matçında saat 16:00-da "Şəfa" "Araz-Naxçıvan"la münasibətlərinə aydınlıq gətirəcək. Görüş SOCAR Polymer Arenada keçiriləcək.

Saat 18:30-da isə "Zirə" doğma meydanda "Qəbələ"ni qəbul edəcək. Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

Misli Premyer Liqası

XI tur | 7 noyabr

16:00 – "Şəfa" – "Araz-Naxçıvan"

18:30 – "Zirə" – "Qəbələ"

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki