Toral Bayramov öz qapısına qol vurub - VİDEO

Azərbaycan millisinin futbolçusu Toral Bayramov Türkiyə 1-ci Liqasında qeyri-adi avtoqola imza atıb.

Referans Media  xəbər verir ki, "Bursaspor"un üzvü "Antalyaspor"la matçın ilk hissəsinə əlavə olunmuş 6-cı dəqiqədə topu uzaqlaşdırmaq istəyərkən kobud səhvə yol verib.

O, uzaq məsafədən aşırma zərbə ilə topu öz qapısına göndərib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bayramov 79-cu dəqiqədə əvəzlənib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki