Arda Güler "Real Madrid"dən gedir? İngiltərə nəhəngi 150 milyon avro ödəyir

"Real Madrid"in türkiyəli ulduzu Arda Gülerə İngiltərə Premyer Liqasının nəhəng klublarından biri elçi düşüb. “Mançester Yunayted” 21 yaşlı futbolçunu transfer etmək üçün rekord məbləğ ödəməyə hazırlaşır.

Referans Media xəbər verir ki, İngiltərə təmsilçisi gələn mövsüm üçün iddialı komanda qurmaq məqsədilə Arda Güler transferini əsas hədəf seçib.

Bildirilir ki, “qırmızı şeytanlar” "Real Madrid" rəhbərliyini razı salmaq üçün 150 milyon avroluq təklif hazırlayır.

Türkiyə millisinin üzvü cari mövsümdə “Real Madrid”in heyətində 13 oyuna çıxıb. O, bu qarşılaşmalarda 3 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 150 milyon avroluq təkliflə bağlı məlumat hələlik transfer iddiası kimi təqdim olunur.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki