UEFA Çempionlar Liqasının dördüncü turunda qələbə qazanan Türkiyə təmsilçiləri “Fənərbaxça” və “Qalatasaray”ın turnirdən əldə etdikləri gəlir açıqlanıb.
Referans Media xəbər verir ki, hər iki klubun indiyədək qazanmağı təmin etdiyi ümumi məbləğ 69,5 milyon avroya çatıb.
Klubların qazancı nə qədərdir?
“Fənərbaxça”nın Çempionlar Liqasından əldə etdiyi zəmanətli gəlir 35 milyon avroya yüksəlib. “Qalatasaray” isə 34,5 milyon avro qazanmağı təmin edib.
Beləliklə, İstanbulun iki nəhəng klubunun ümumi gəliri 69,5 milyon avroya çatıb. Qarşıdakı oyunların nəticələrindən asılı olaraq bu məbləğin daha da artacağı gözlənilir.
Qələbələr klublara həm xal, həm də milyonlar qazandırdı
Dördüncü turda “Qalatasaray” öz meydanında “Ştutqart”ı 2:0, “Fənərbaxça” isə “Liverpul”u 3:2 hesabı ilə məğlub edib.
Bu nəticələrdən sonra “Qalatasaray”ın xalı 6-ya, “Fənərbaxça”nın isə 5-ə yüksəlib.
