NASA astronavtları karantinə alındı

NASA-nın Ay ətrafında uçacaq növbəti astronavt qrupu cümə gecə saatlarında karantinə alınıb.

Astronavtlar Reid Uaysman, Viktor Qlover, Kristina Kox və Kanada Kosmik Agentliyindən Ceremi Hansen buraxılış öncəsi günlərdə digər insanlarla təmaslarını məhdudlaşdıraraq missiyanı gecikdirə biləcək xəstəlik riskindən qorunacaqlar.

“Sağlamlığın stabilləşdirilməsi proqramı” adlanan bu proses adətən buraxılışdan 14 gün əvvəl başlayır. Karantinanın indidən tətbiqi fevral ayına planlaşdırılan buraxılış pəncərəsi üçün əlavə çeviklik yaradır.

Raket və Orion kosmik gəmisi üzrə sınaqlar davam etdiyindən, NASA hələlik rəsmi buraxılış tarixini açıqlamayıb. Zərurət yaranarsa, ekipaj karantindən çıxaraq buraxılışa 14 gün qalmış yenidən izolyasiyaya alınacaq.

Ekipaj hazırlıqlarını Hyustonda davam etdirir və buraxılışdan təxminən altı gün əvvəl Kennedi Kosmik Mərkəzinə yollanacaq.

Təxminən 10 gün davam edəcək Artemis II missiyası NASA-nın Artemis proqramı çərçivəsində ilk insanlı Ay uçuşu olacaq və gələcək Mars missiyalarına hazırlıq məqsədi daşıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki