Kəmaləddin Heydərovdan YENİ TƏYİNAT

  Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayevə birinci müavin təyin edilib. 

 Referans.az   xəbər  verir   ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmr imzalayıb.

Əmrə əsasən, polkovnik Mehbalıyev Fuad Fərhad oğlu Baba Salayevin birinci müavin təyin olunub.

Qeyd edək ki, Fuad Mehbalıyev bundan əvvəl FHN-nin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin rəis müavini vəzifəsində çalışıb. 

   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki