Norveç yığması 2026 FIFA Dünya Kubokuna möhtəşəm qələbə ilə başlayıb. I qrupunun ilk turunda İraqı 4:1 hesabı ilə məğlub edən skandinaviyalıların əsas qəhrəmanı Erlinq Holand olub.
Referans Media xəbər verir ki, ulduz hücumçu qarşılaşmada iki dəfə fərqlənərək həm komandasını qələbəyə daşıyıb, həm də Norveç futbol tarixində yeni səhifə açıb.
Bu, Erlinq Holandın Dünya Kubokunda ilk oyunu olsa da, 25 yaşlı futbolçu böyük səhnədə gözlənilən təzyiqi hiss etdirməyib. O, Norveç millisinin heyətində Dünya Kuboku matçında iki qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Bununla yanaşı, Erlinq Holand ölkəsinin Dünya Kuboku finallarındakı qol rekorduna da şərik olub. Daha əvvəl bu göstərici Kjetil Rekdalın 1994 və 1998-ci il turnirlərində vurduğu ümumilikdə iki qolla məhdudlaşırdı.
Beləliklə, Erlinq Holand cəmi bir oyunda həmin rekorda çataraq turnirə iddialı giriş edib.
Norveç yığması növbəti turda Seneqal ilə qarşılaşacaq. İlk oyundakı performansdan sonra isə bütün diqqətlər yenidən Holandın üzərində olacaq.
DÇ-2026
1-ci tur, 17 iyun
I qrupu
İraq - Norveç 1:4
Qollar: Ayman Hüseyn, 39 - Erlinq Holand, 29; 43. Leo Ostiqard, 76. Ayman Hüseyn, 39; 90+6-öz qapısına.
