Həyat yoldaşı üçün başladı – hazırladığı məhsul böyük maraq doğurdu - VİDEO

Türkiyənin Yozqat bölgəsində yaşayan Mütəbər Hatun Er həyat yoldaşının sağlamlıq problemləri ilə bağlı alternativ yollar axtararkən maraqlı bir təşəbbüsə imza atıb. O, yaşıl şam qozalarından müxtəlif məhsullar hazırlayaraq bunu zamanla ev istehsalına çevirib.

Referans Media xəbər verir ki, Mütəbər Hatun Er əvvəlcə şam qozasından mürəbbə və sirkə hazırlayıb. Sonradan isə reseptlərini genişləndirərək şam qozası turşusu hazırlamağa başladığını bildirib.

Onun sözlərinə görə, məhsulların hazırlanması uzun proses tələb edir – qozalar yığılır, təmizlənir və müxtəlif ədviyyatlarla birlikdə emal olunur.

Er bildirib ki, bu ideyaya həyat yoldaşının səhhəti ilə bağlı çətin dövrdə başlayıb. O, müəyyən müddət ərzində hazırladığı məhsullardan istifadə etdiklərini və bunun ailə daxilində müsbət qarşılandığını deyib.

Həyat yoldaşı Yasin Ali Er-də vəziyyətində yaxşılaşma hiss etdiyini ifadə edib. Bununla yanaşı, bu cür şəxsi təcrübələrin tibbi nəticə kimi qəbul edilməməsinin vacibliyi vurğulanır.

Mütəbər Hatun Er artan maraqdan sonra müvafiq icazələr alaraq ev istehsalı və satış fəaliyyətinə başladığını açıqlayıb.

Qeyd edək ki, bu cür məhsulların sağlamlığa təsiri ilə bağlı fərdi təcrübələr elmi sübut hesab edilmir və hər hansı sağlamlıq problemi zamanı mütəxəssis həkim məsləhəti əsas götürülməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki