Oğlu ailəsini ifşa etdi: Devid Bekhem ilk dəfə danışdı

Keçmiş futbolçu Devid Bekhem, oğlu Brooklyn Bekhem ilə yaşadığı ailə daxili gərginlik barədə ilk dəfə açıqlama verib.

Referans Media xəbər verir ki, son vaxtlar gündəmə gələn xəbərlərdə Brooklyn Bekhem, ailəsi ilə münasibətlərini tamamilə kəsdiyini və valideynlərinə qarşı sərt ittihamlar səsləndirdiyi bildirilirdi. O, atasını və anasını, həyat yoldaşı Nicola Peltz ilə münasibətlərinə mane olmaqda günahlandırmış, xüsusilə dizayner olan anası Viktoriya Bekhem’in toydan əvvəl gəlini Nicola Peltz üçün gəlinlik dizaynını dayandırdığını iddia etmişdi.

Devid Bekhem açıqlamasında, uşaqların səhv edərək öyrəndiyini və onların səhv etmələrinə icazə verilməsinin vacib olduğunu vurğulayıb. O, sözlərinə belə davam edib: “Uşaqlar səhv edir. Səhv etmələrinə də icazə verilməlidir. Beləcə onlar öyrənirlər.”

Bekhemin bu açıqlaması, oğluyla yaşanan gərginlikdə razılıq əldə olunduğu mesajı kimi qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki