“Ədalətin səsi bəzən bir itin hürüşündən də gur eşidilə bilər”backend

“Ədalətin səsi bəzən bir itin hürüşündən də gur eşidilə bilər”

Oğruya hücum edən it: Ev sahibinin hüquqi məsuliyyəti varmı? “Ədalət yalnız məhkəmədə deyil, həyət darvazasından içəri girəndə də başlayır.”

Sosial şəbəkələrdə geniş rezonansa səbəb olan bir paylaşım yayılıb. Gecə saatlarında bir həyət evinə oğru daxil olub, lakin ev sahibinin iti ona hücum edərək ağır xəsarət yetirib. İndi oğurluq etmək istəyən şəxs xəstəxanadadır. Bəs belə bir situasiyada ev sahibi qanun qarşısında cavabdeh sayılırmı?

Mövzu ilə bağlı hüquqşünas – yazar Xəyal Məmmədov Referans-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 36-cı maddəsinə əsasən, hər bir vətəndaş özünü və ya başqasını hücumdan qorumaq hüququna malikdir. Gecə saatlarında bir şəxsin qanunsuz olaraq başqasının həyətinə daxil olması, hüquqi dildə desək, artıq cinayət tərkibli əməldir – oğurluq, oğurluğa cəhd və ya yaşayış yerinə qanunsuz daxilolma.

Ev itinin hücumu və sahibinin məsuliyyəti bu cür hallarda əsas sual budur. Ev sahibi itin vurduğu xəsarətə görə məsuliyyət daşıyırmı?” Mülki Məcəllənin 1110-cu maddəsinə əsasən, ev heyvanının vurduğu zərərə görə, ümumilikdə, onu saxlayan şəxs məsuliyyət daşıyır. Amma bu məsuliyyət şərtsiz deyil. Əgər zərər: – təqsirli davranış nəticəsində baş veribsə (məsələn, oğru həyətə qanunsuz daxil olubsa), – və it öz instinkti ilə reaksiya veribsə, onda ev sahibinin məsuliyyətə cəlb edilməsi hüquqi baxımdan əsaslı deyil. Zəruri müdafiə və onun hədləri Cinayət Məcəlləsinin 36-cı maddəsi göstərir ki, zəruri müdafiə zamanı hücuma qarşı törədilən hərəkətlər lazım olan həddən artıq olmamalıdır.

Bu halda sual ortaya çıxır: Ev sahibi itin hücumunu bilərək təşkil edibmi? – Əgər cavab “Xeyr”dirsə və hücum özbaşına baş veribsə, bu zaman zəruri müdafiə çərçivəsində qiymətləndirilə bilər. Hüquqi nəticə hadisəyə hüquqi baxış belədir: Oğru qanunsuz olaraq həyətə daxil olubsa, Evdə saxlanılan it mühafizə məqsədilə orada olubsa, ev sahibi həmin an əlavə zor tətbiq etməyibsə, o zaman ev sahibi cinayət və ya inzibati məsuliyyətə cəlb edilmir. Qanun ev sahibinin deyil, hücum edən cinayətkarın tərəfində cəza tədbiri axtarır.

Haşiyə: Qanun nə deyir? 🔸 CM Maddə 36 – Zəruri müdafiə hüququ 🔸 MM Maddə 1110 – Heyvanın vurduğu zərərə görə məsuliyyət 🔸 CM Maddə 177 və 180 – Oğurluq və yaşayış yerinə qanunsuz daxil olma Son Söz Hüquq sadəcə məhkəmə zallarında deyil, qapısını bağlayan və təhlükəsizlik üçün it saxlayan vətəndaşın həyətində də işləməlidir. Əgər bir gün oğru qapınızı sındırıb içəri girərsə, onun təhlükəsizliyini deyil, öz hüququnuzu necə qoruduğunuzu izah etmək hüququnuz olacaq.

“Ədalətin səsi bəzən bir itin hürüşündən də gur eşidilə bilər”

Bünyamin Bünyadzadə

Referans


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki