Mingəçevirdə kafedə mübahisə zamanı Yevlax sakini döyülüb.
Referans Media Teleqraf-a istinadla xəbər verir ki, hadisə Mingəçevirdə, Qaçaq Nəbi küçəsində yerləşən kafedə baş verib.
İlkin məlumata görə, mübahisə zəmnində 39 yaşlı Yevlax rayon sakini Xəyal Rəsulov döyülüb.
Başından şüşə stəkanla xəsarət alan X.Rəsulov xəstəxanaya çatdırılıb və o, əməliyyat olunub.
Baş vermiş hadisə ilə bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
