Papa XIV Leo: Heç olmasa bir gün müharibə dayansın

Vatikan Dövlətinin başçısı Papa XIV Leo, ilk növbədə Rusiya–Ukrayna müharibəsi olmaqla, dünyanın müxtəlif bölgələrində Milad bayramı münasibətilə bir günlük atəşkəs elan olunmasına çağırıb.

Papa XIV Leo Milad ərəfəsində verdiyi açıqlamada tərəfləri 24 saat ərzində silahlara sükut verməyə səsləyib. O, dünən axşam istirahət etdiyi Roma yaxınlığındakı Kastel Qandolfo qəsəbəsindəki iqamətgahından Vatikan istiqamətində yola düşərkən onu gözləyən jurnalistlərin suallarını cavablandırıb.

Xristian aləminin İsa Məsihin doğumunu qeyd etdiyi Milad bayramı öncəsi dünyaya bir mesajının olub-olmadığı soruşulan Papa XIV Leo bildirib ki, onu ən çox kədərləndirən məsələlərdən biri Rusiyanın Milad atəşkəsini qəbul etməməsidir. Papa deyib: “Bütün xoş niyyətli insanlara bir daha müraciət edirəm: heç olmasa İsa Məsihin doğumunun qeyd olunduğu bu gündə Ukraynada və bütün dünyada 24 saatlıq atəşkəsə hörmət edilsin.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki