image-pentagon-mucteba-hamaneyyarali-ve-muhtemelen-sakat-19654610_3216_ampbackend

Pentaqondan Xamenei haqqında ŞOK İDDİA

İsrail və ABŞ-ın İrana qarşı hücumları fonunda Yaxın Şərqdə gərginlik daha da artdığı bir vaxtda ABŞ-ın müdafiə naziri Pit Heqset diqqətçəkən iddia səsləndirib. O bildirib ki, İranın yeni dini lideri olduğu deyilən Müctəba Xamenei yaralanıb və ehtimal ki, ağır xəsarət alaraq əlil qalıb.

Referans Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazir bu fikirləri Pentagonda keçirilən brifinq zamanı səsləndirib və İranın hərbi vəziyyəti ilə bağlı da bir sıra iddialar irəli sürüb.

Brifinqdə çıxış edən Heqset İran rəhbərliyindəki vəziyyətə toxunaraq belə deyib:

“Bu gün İranın hava məkanına qarşı ən yüksək səviyyəli zərbələr endiriləcək. Yeni, sözdə ali liderin yaralandığını və ehtimal ki, əlil qaldığını bilirik. Dünən o, açıqlama yayıb, lakin nə səs yazısı, nə də video var idi – yalnız yazılı bəyanat təqdim olunub. İranın kifayət qədər kamera və səs yazı cihazları var. Bəs niyə yalnız yazılı açıqlama verildi? Məncə, səbəb aydındır. O qorxur, yaralıdır və qaçır. Onun legitimliyi də yoxdur. Onlar üçün vəziyyət tam qarışıqlıqdır. Ölkəni kimin idarə etdiyi belə aydın deyil.”

ABŞ müdafiə naziri İranın hərbi imkanları barədə də iddialı açıqlamalar verib. Onun sözlərinə görə, ABŞ və müttəfiqlərinin əməliyyatları nəticəsində İranın hərbi infrastrukturu ciddi zərbə alıb.

Heqset qeyd edib ki:
“İranın hava müdafiəsi, donanması və hava qüvvələri demək olar ki, qalmayıb. Onları sıradan çıxarmışıq. Raketlər məhv edilir. Raket buraxılışları təxminən 90 faiz, pilotsuz uçuş aparatları ilə hücumlar isə təxminən 95 faiz azalıb.”

Nazir İran rəhbərliyini tənqid edərək əlavə edib:
“Onlar göyə baxanda iki şeyi görürlər: ABŞ bayrağındakı ulduzlar və zolaqlar, həmçinin İsrail bayrağındakı Davud ulduzu. Bu rejim üçün ən böyük kabus budur.”

Heqset həmçinin Hörmüz boğazı ilə bağlı suala da münasibət bildirib. O qeyd edib ki, hazırda boğazda gediş-gəlişi əngəlləyən əsas amil İran tərəfinin gəmilərə atəş açmasıdır:

“Hazırda keçidə mane olan yeganə səbəb İranın gəmilərə atəş açmasıdır.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki