Polşalı yarımmüdafiəçi “Zirə”də?backend

Polşalı yarımmüdafiəçi “Zirə”də?

“Zirə” polşalı yarımmüdafiəçi Patrik Lipski ilə bağlı fikrini dəyişib.

Referans  əldə etdiyi məlumata görə, 31 yaşlı orta xətt oyunçusunun “qartallar”ın sıralarına cəlb edilmək ehtimalı olsa da, baş məşqçi Rəşad Sadıqov bu variant üzərində dayanmamaq qərarına gəlib.

Lipski son mövsümü Kiprin “Etnikos” klubunda keçirib.

Xatırladaq ki, “Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la (Xorvatiya) üz-üzə gələcək. Komandalar arasında ilk oyun iyulun 23-də Bakıda, cavab matçı iyulun 31-də Spilit şəhərində keçiriləcək


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki