Konqo Demokratik Respublikasında (KDR) Ebola virusu səbəbindən həyatını itirənlərin sayı 3600 nəfəri ötüb.
Referans Media xəbər verir ki, bu barədə KDR-in Milli İctimai Səhiyyə İnstitutu məlumat yayıb.
Məlumata əsasən, son sutka ərzində ölkədə virusdan 23 yeni ölüm faktı qeydə alınıb. Eyni zamanda, sutkalıq yoluxma sayı 58 nəfər artaraq ümumilikdə 7672-yə çatıb.
Hazırda xəstəxanaların xüsusi şöbələrində virus simptomları ilə 900-dən çox pasiyent müalicə olunur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, sentyabrın 7-nə olan göstəricilərə əsasən, KDR-də virusa yoluxan hər iki şəxsdən biri həyatını itirib — xəstəliyin ölüm göstəricisi (letalitə) 48 faiz təşkil edir./Musavat.com
