ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Belarusla kalium gübrələrinin alınmasına dair əsaslı razılaşma bağlamaq üzrədir.
Referans Media xəbər verir ki, o, ABŞ-ın Belarusdan kalium alışına dair böyük bir saziş üzərində işlədiyini açıqlayıb.
“Qiymət hazırda Kanadaya ödədiyimiz məbləğdən xeyli aşağı olacaq. Bu da fermerlərimiz və fermer təsərrüfatı sahiblərimiz üçün çox yaxşı xəbərdir”, – deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ məhbusların azad edilməsi müqabilində Belarusa qarşı tətbiq edilən sanksiyaları yumşaltmağa başlayıb. Xüsusilə, kalium gübrələrinin iri istehsalçısı olan “Belaruskali” şirkəti sanksiya siyahısından çıxarılıb./Globalinfo.az
