Qanunsuz tikinti ilə gündəmə gəlmişdi - Nazir işdən çıxardı

Xəbər verdiyimiz kimi, Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Ramin Orucov Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.

Referans Media xəbər verir ki, "Unikal"ın məlumatına görə, Gəncə Regional Mərkəzinin əvvəlki rəisi Rövşən Nəbiyev isə Qəbələ Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Rövşən Nəbiyev bundan əvvəl Quba şəhəri, "Qəçrəş yolu" yaşayış massivi ərazisində qanunsuz tikinti məsələsi ilə gündəmə gəlmişdi.

Qanunsuz tikintiyə Quba Rayon İcra Hakimiyyəti tərəfindən müdaxilə edilmişdi və onun qarşısı alınmışdı.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki