Məktəbdən çıxdı, evə qayıtmadı – Yardımlıda uşağın meyiti tapıldı

Yardımlı rayonunun Gendərə kəndində ikinci sinif şagirdinin ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.

Referans Media Oxu.Az-a istinadən xəbər verir ki, ilkin ehtimala görə, kənd sakini Əli Qurbanov evlərinin yaxınlığındakı körpüdən yıxılaraq çaya düşüb. Azyaşlı boğularaq həyatını itirib.

Qeyd edək ki, Əli Neymət oğlu Qurbanovun meyiti körpünün altında aşkarlanıb. İlkin məlumata əsasən, uşaq günorta saatlarında məktəbdən çıxdıqdan sonra evə qayıtmayıb. Onun anası əvvəlcə oğlunun babasıgilə getdiyini düşünüb. Lakin axşam saatlarında uşağın orada olmadığı məlum olub.

Bir müddət sonra kənd sakinləri onun meyitini tapıblar.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki