image-qatar1backend

Qəbələyə getmək istəyənlərə şad xəbər – yeni qatar reysləri

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 9, 10 və 11 may tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

Referans Media  bildirir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata əsasən, bu tarixlərdə Bakıdan Qəbələyə və əks istiqamətdə səfərlər təşkil ediləcək.

Bakıdan Qəbələyə gedən reys səhər saat 07:30-da yola düşəcək. Qəbələdən Bakıya qayıdan reys isə 19:00-da hərəkət edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki