“Rəfah” bu tarixdə açılacaq

  Qəzza zolağı ilə Misir sərhədində yerləşən “Rəfah” sərhəd-keçid məntəqəsinin oktyabrın 20-də açılması planlaşdırılır.

Referans xəbər verir ki, bu barədə məlumatı Fələstinin Qahirədəki səfirliyi yayıb.

Məlumata əsasən, “Rəfah” sərhəd-keçid məntəqəsinə Qəzza tərəfindən Fələstin Milli Administrasiyasının (FMA) təhlükəsizlik qüvvələri və Avropa İttifaqının xüsusi missiyası nəzarət edəcək./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki