image-6950eae9a16a06950eae9a16a117669106976950eae9a169e6950eae9a169fbackend

Rusiya ordusu Ukraynanın Qulyaypole, Pokrovsk və Mirnoqrad istiqamətində irəliləyib

Rusiya ordusu Ukraynanın Qulyaypole, Pokrovsk və Mirnoqradda istiqamətində irəliləyib.

Referans MEDİA xəbər verir ki, bu barədə DeepState məlumat yayıb.

Ən mürəkkəb vəziyyət Pokrovsk istiqamətində və Zaporojye vilayətində qalmaqdadır. Məlumata görə, Rusiya qüvvələri eyni vaxtda bir neçə vilayətdə hücum əməliyyatlarını davam etdirir. DeepState 2025-ci il dekabrın 28-nə olan vəziyyətə görə cəbhə xəttində bir neçə sahədə dəyişikliklərin baş verdiyini bildirib.

Xüsusilə, düşmən Pokrovsk, Mirnoqrad və Qulyaypole şəhərlərində, həmçinin Zelyonoye, Rodinskoye, Çervonıy Liman və Novoekonomichnoye yaxınlığında irəliləyiş əldə edib./APA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki