Rusiyada məktəbdə DƏHŞƏT: Hücumdan əvvəl milliyyətni soruşdu, sonra öldürdü – VİDEO

Rusiyanın Odintsovo şəhərində məktəbdə baş verən hücumla bağlı daha geniş görüntülər ortaya çıxıb.

“Referans MEDİA” Mash.ru-ya istinadən xəbər verir ki, yayılan kadrlara əsasən, hücumu törədən şəxs əlində bıçaqla şagirdlərə yaxınlaşaraq onların milliyyətini soruşub. Bir müddət sonra mühafizəçi hadisəyə müdaxilə edərək ondan bıçağı yerə qoymasını tələb edib. Lakin hücumçu mühafizəçinin üzünə qaz balonu səpib və ona zərbə endirib.

Bundan sonra şübhəli şəxs məktəblilərdən birinin ardınca qaçıb. Nəticədə həmin şagird ağır xəsarətlər alaraq həyatını itirib.

Hadisə ilə bağlı araşdırma aparılır, hüquq-mühafizə orqanları hücumun motivlərini və başvermə şəraitini dəqiqləşdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki