Saat 11:30-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

  Sumqayıt şəhərində 800 abonentin qazı müvəqqəti kəsiləcək.

Bu barədə Referans.az-a  “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib. 

Qeyd olunub ki, Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində yerləşən 89 mm-lik qaz xəttində baş verən sızmanın aradan aldırılması məqsədilə noyabrın 5-də saat 11:30-dan etibarən 800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz təchizatı sızma tam aradan qaldırıldıqdan sonra bərpa ediləcək.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki