Sabah bu yollar bağlanacaq

Sabah saat 08:00-dan etibarən Qaradağ rayonu, Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri, Koroğlu Rəhimov və Təbriz küçələrinin kəsişməsində isə yolun hərəkət hissəsinin genişləndirilməsi məqsədilə ayırıcı zolağın ləğvi işləri aparılacaq.

AAYDA-dan Referans Media-ya bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki