Ruslar Türkiyəyə ildə 12 milyard dollar qazandırır – Putin

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, hər il təxminən 7 milyon rusiyalı turist Türkiyəyə səfər edir və bu, ölkə iqtisadiyyatına 12 milyard dollar gəlir gətirir.

Referans Media xəbər verir ki, Putin bu barədə danışarkən rusiyalı turistlərin Türkiyə iqtisadiyyatında mühüm rol oynadığını vurğulayıb.

Rusiya lideri inkişaf etmiş ölkə olan Türkiyə üçün belə turist axınının milli iqtisadiyyatın əhəmiyyətli sektoruna çevrildiyini vurğulayıb.

Putin, həmçinin Rusiyadan Afrikaya turist axınının artırılmasının vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Afrika özünəməxsus mədəniyyəti və təbiəti ilə seçilən unikal qitədir.

Rusiya prezidentinin sözlərinə görə, rusiyalı turistlər Afrikaya ildə təxminən 2,5 milyon səfər edirlər. Bu səfərlərin təxminən 2 milyonu Misirin payına düşür./Globalinfo.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki