backend

Sabirabadda şagirdləri daşıyan mikroavtobus aşdı – VİDEO

Sabirabadda içərisində 20-yə yaxın şagird olan mikroavtobus aşıb.

Referans Media APA-ya istinadla xəbər verir ki, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib.

Şirvandan hazırlıq kursundan şagirdləri evlərinə aparan “Mercedes” markalı mikroavtobusun qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşdığı bildirilir.

20-yə yaxın şagird avtomobildən çıxarılıb. Məlumata görə, ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki