Samuxda çoban işlədiyi fermada ölü tapıldı

Samuxda meyit tapılıb. 

Referans Media xəbər verir ki, hadisə rayonun Füzuli kəndindəki fermada qeydə alınıb. 

Araşdırmalar zamanı meyiti tapılan şəxsin həmin fermada çoban işləyən, Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Zöhrab Qənbər oğlu İlyasov olması müəyyən edilib./Lent.az/

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki