Türkiyənin Adıyaman şəhərində havaların kəskin istiləşməsi ilə birlikdə təhlükəli vəziyyət yaranıb.
Referans Media xəbər verir ki, son günlər şəhər mərkəzində evlərdə, həyətlərdə və küçələrdə əqrəb görülməsi halları xeyli artıb.
Sakinlərin sözlərinə görə, xüsusilə evlərin həyətlərində, giriş mərtəbələrində və dar küçələrdə tez-tez əqrəblərə rast gəlinir. Bu vəziyyət ailələr, xüsusilə də uşaqlar üçün ciddi təhlükə yaradır.
Şahidlər hadisə zamanı qorxulu anlar yaşadıqlarını və nə edəcəklərini bilmədiklərini bildirirlər.
Əqrəblərin göründüyü anlar vətəndaşlar tərəfindən mobil telefonlarla qeydə alınıb və görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb. Bu da bölgədəki təhlükənin miqyasını daha da qabardıb.
Sakinlər isə aidiyyəti qurumlardan təcili dərmanlama və tədbir görülməsini tələb edirlər.
