Şəki rayon sakini qonşunun xoruzunu məhkəməyə verir.
Referans Media xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb:
“Hər səhər 07:00-də oyanıb işə getməliyəm. Qonşumun bir xoruzu var, səhər saat 05:00-da aramsız banlayaraq pəncərənin ağzında psixoloji terror əsdirir və mənim yuxu rejimimi pozur.
Qonşuya deyirəm ki, ya xoruzu axşam evin digər tərəfinə apar sal, səsi zəif gəlsin yatım, ya da pulunu verim, kəs, özün ye, amma xahiş edirəm, mənim divarımın dibində yatmağa qoyma. O da bildirir ki, xoruz onun mülkiyyətində olan hərəkətli əmlakdır və əmlakın çıxardığı səs onun təbii funksiyasıdır.
Polis şöbəsi deyir, mənlik deyil, məhkəməyə ver. Özünə deyirəm, bildirir ki, mən də qarşılıqlı iddia qaldıracağam ki, guya mən pəncərəni açıq qoymaqla xoruzun səs yayma hüququnu və təbii davranış azadlığını məhdudlaşdırıram”.
Şikayətçi hüquqşünaslara suallar da ünvanlayıb:
1. Mülki Məcəlləyə əsasən, hüquqi baxımdan xoruzun banlaması "qonşuluq hüququnun pozulması" (məsələn, səs-küy normativlərinin aşılması) kimi qiymətləndirilə bilər, yoxsa bu, fors-major (qarşısıalınmaz qüvvə) hadisəsidir?
2. Əgər xoruzun sahibi günahkardırsa, mənə dəymiş manəvi ziyanı qonşu ödəməlidir, yoxsa xoruzu kəsməklə və ya satmaqla iş bitir?Hər gün işə key kimi gedirəm.
3. Şəki rayon Məhkəməsinin bu işə baxma ehtimalı neçə faizdir?”
Paylaşma müxtəlif maraqlı ərhlər yazılıb.
