Bal ayınızı harada keçirəcəksiniz? — Doğum tarixinizə görə ideal istiqamət

Numerologiya ilə məşğul olanların fikrincə, insanın doğum tarixi onun ideal bal ayı məkanını müəyyən etməyə kömək edə bilər. Bəziləri üçün bu, vəhşi təbiət qoynunda sakit istirahət, digərləri üçün isə günəşli adalar və ya qədim məbədlərlə zəngin mədəni səyahət ola bilər.

Doğum tarixinə görə tövsiyə olunan bal ayı istiqamətləri

Ayın 1-i, 10-u, 19-u və ya 28-də doğulanlar

Bu tarixlərdə doğulanlar üçün günəşli və isti iqlimə malik məkanlar uyğun hesab olunur. “Havay” adaları və ya Fransız Polineziyasının tropik sahilləri romantik istirahət üçün tövsiyə edilir.

Ayın 2-si, 11-i, 20-si və ya 29-da doğulanlar

Onlar üçün sakit və təcrid olunmuş məkanlar daha cəlbedici sayılır. ABŞ-dakı “Lake Tahoe” gölü sahilindəki kotteclər və ya Meksikanın “Careyes” sahilləri belə istirahət üçün uyğun seçimlər kimi göstərilir.

Ayın 3-ü, 12-si, 21-i və ya 30-da doğulanlar

Yeni mədəniyyətlər və fərqli təcrübələr axtaranlar üçün “Bali” və ya Yaponiyanın Kioto şəhəri tövsiyə olunur.

Ayın 4-ü, 13-ü, 22-si və ya 31-də doğulanlar

Daha az tanınan və təbiətə yaxın məkanları sevənlər üçün İslandiya, Norveç və ya Çilinin Pataqoniya bölgəsi uyğun hesab edilir.

Ayın 5-i, 14-ü və ya 23-də doğulanlar

Hərəkətli və müxtəlif şəhərləri gəzməyi sevənlər üçün Avropa turu məsləhət görülür. Marşruta Paris, İspaniya, İtaliya, Avstriya və Çexiya daxil edilə bilər.

Ayın 6-sı, 15-i və ya 24-də doğulanlar

Rahatlıq və dəbdəbəyə üstünlük verənlər üçün Yunanıstanın Santorini adası və ya Kosta-Rikanın ekoloji kurortları tövsiyə olunur.

Ayın 7-si, 16-sı və ya 25-də doğulanlar

Daha mənəvi və sakit istirahət istəyənlər üçün Meksikanın Maya Rivyerası bölgəsində yoqa və sağlamlıq proqramları təklif edən məkanlar uyğun hesab edilir.

Ayın 8-i, 17-si və ya 26-da doğulanlar

Tarix və qədim mədəniyyətlərə maraq göstərənlər üçün Yunanıstan, İtaliya və ya Misirdə Nil çayı boyunca təşkil olunan turlar tövsiyə edilir.

Ayın 9-u, 18-i və ya 27-də doğulanlar

Macəra və adrenalini sevənlər üçün Keniya, Cənubi Afrika və Tanzaniyada safari turları, həmçinin Nepal və Himalay dağları istiqamətləri uyğun seçim kimi göstərilir./Demokrat.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki