image-agcaqanad-dermanibackend

Şəmkirdə DƏHŞƏT: ağcaqanad dərmanı içən uşaq öldü

Aprelin 28-də saat 21:20-də Şəmkir rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə 2 yaşlı oğlan ağır vəziyyətdə hospitalizasiya olunub.

Bu barədə Referans-a TƏBİB-dən bildirilib.

“Valideynlərinin dediyinə görə həşəratlar üçün istifadə olunan dərman qəbul edib. Zəruri tibbi xidmətlərin göstərilməsinə baxmayaraq, 21: 45-də ölüm faktı qeydə alınıb”, məlumatda deyilir.

Məlumata görə, azyaşlı ağcaqanadlar üçün istifadə olunan mayeni içib.

***

Şəmkirdə azyaşlı dərmandan zəhərlənib.

Referans-ın məlumatına görə, hadisə Mahmudlu kəndində baş verib.

2 yaşlı Turqut Rüfət oğlu Tapdıqov yaşadığı evdə dərmandan zəhərlənərək ölüb.

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki