image-baki-irevanbackend

Sülh sazişi ilə bağlı yeni iddia: Bakı, Ankara və İrəvan razıdır, lakin…

Azərbaycanla Ermənistan arasında ötən il Vaşinqtonda paraflanan sülh sazişinin bu ilin sonuna qədər Türkiyədə imzalanacağına dair iddialar yayılıb. Analitiklərin fikrincə, bu məsələ həm Türkiyə, həm Ermənistan, həm də Azərbaycan üçün maraqlıdır.

Yekun sülh sazişi Türkiyədə imzalanacaq? Bu, hansı halda mümkündür?

Referans Media  xəbər verir ki ,Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, burada əsas məsələ tərəflərin imzalanmış sənədə sadiq olmalarıdır:

“Yol açıqdır, hədəf müəyyən edilib. Geriyə sadəcə aktorların öz niyyətlərini məntiqi sonluğa çatdırmaları qalır. İndiki məqamda əsas məsələ sənədin imzalanmasıdır. Təbii ki, məkanın da öz rolu var. İlk növbədə formal və ya texniki məsələ deyil. Paraflanma ABŞ-da baş tutduğu üçün yekun sazişin də Vaşinqtonda imzalanması istənilə bilər.

Subyektiv görüşüm isə ondan ibarətdir ki, sənədin imzalanma yerinin elə də fərqi yoxdur, hətta ən yaxşı yer məhz iki ölkə sərhədidir. Delimitasiya olunmuş sərhəddə sazişin imzalanması tarixi olar. Millətlər və toplumlar anlayır ki, onların həyat proqramlarını reallaşdırmaq üçün özləri lazımdır. Üçüncü tərəflərin prosesə qarışması çətinliklər yaradır. Kənar qüvvələr bir çox halda öz xeyirlərinə nəsə etmək istəyirlər. Hətta bu proses əlavə gərginlik də yaradır. Ona görə də burada əsas məsələ siyasi liderlərin istəyidir.

Hesab edirəm ki, sülh sazişinin imzalanması uzun çəkdi. Təbii ki, Azərbaycan hazır idi, amma Ermənistan ənənəvi gedişlər ilə prosesi müxtəlif bəhanələrlə ləngitdi. Fikrimcə, indi Ermənistan üçün sülh daha çox vacibdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki