“Apple”ın bu payız təqdim etməsi gözlənilən “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərinin qiymətinin əvvəlki nəsillə müqayisədə 300 dollara qədər bahalaşa biləcəyi iddia olunur.
Referans Media xəbər verir ki, analitiklərin fikrincə, buna əsas səbəb 2 nanometrlik yeni A20 Pro çipinin istehsal xərclərinin və yaddaş komponentlərinin qiymətinin artmasıdır.
Mütəxəssislər bildirirlər ki, süni intellekt sistemlərinə yüksək tələbat səbəbindən yaranan qlobal komponent qıtlığı “Apple”ın istehsal xərclərini artırıb.
Şirkət hələlik qiymətlərlə bağlı rəsmi açıqlama verməsə də, proqnozlar təsdiqlənərsə, “iPhone 18 Pro” seriyası “Apple” tarixinin ən bahalı “iPhone” modelləri olacaq.
