Tarixin ən böyük MƏHKƏMƏSİ başladı: Ramiz Mehdiyevin iç üzü və ölkədəki əlaltıları İFŞA OLUNUR!

Müasir Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi ola biləcək, cəmiyyətin böyük maraqla izlədiyi məhkəmə proseslərindən biri ərəfəsindəyik.

İctimaiyyət bu prosesdən bir çox qaranlıq məqamların aydınlaşdırılmasını, irəli sürülən ağır iddiaların hüquqi müstəvidə təsdiqlənməsini və məsələyə son nöqtənin qoyulmasını gözləyir. Diqqət mərkəzində dayanan əsas fiqur isə uzun illər hakimiyyətin yuxarı eşelonlarında təmsil olunmuş Ramiz Mehdiyevdir.

Politoloq Aydın Quliyev Referans Media-ya açıqlamasında bu məhkəmə prosesinin cəmiyyət üçün daşıdığı əhəmiyyəti və cavab gözləyən sualları şərh edib.

​Cəmiyyət bu məhkəmə prosesindən tarixi cavablar gözləyir
​Aydın Quliyev bildirdi ki, bu proses sıradan bir məhkəmə işi deyil və cəmiyyətin diqqət mərkəzindədir:
​"Bu, ictimaiyyət üçün çox maraqlı bir məhkəmə prosesi ola bilər. Cəmiyyət maraqla izləyir və izləyəcək. Cəmiyyət bu məhkəmə prosesindən bəzi məsələlərin aydınlaşdırılmasını, təsdiqlənməsini və sona çatdırılmasını gözləyir."

​Bütün karyerasını borclu olduğu hakimiyyətə necə əl qaldırıb?
​Aydın Quliyev vurğuladı ki, Ramiz Mehdiyevin keçdiyi yol və tərcümeyi-halı bu gün ciddi suallar doğurur:
​"Sözüilə də burada cəmiyyət üçün çox maraqlı olan Ramiz Mehdiyevin özünün karyerası, keçmişi, tərcümeyi-halı və şəxsi fəaliyyəti məqamlarıdır. Cəmiyyət üçün Ramiz Mehdiyev bəllidir ki, bütün karyerasını Heydər Əliyev hakimiyyəti içərisində qurub. Ramiz Mehdiyevin tərcümeyi-halı, keçdiyi yol cəmiyyət üçün bu gün çox maraqlı suallar doğurur. Cəmiyyət düşünür ki, bütün karyerasını borclu olduğu bir şəxsin hakimiyyətində o hakimiyyəti zorla ələ keçirmə əməllərinə necə baş qoşub? Quruculuğunda iştirak elədiyi bir dövlətə xəyanəti hansı motivlər əsasında həyata keçirilib?"

​Korrupsiyaya qarşı mübarizəyə rəhbərlik edən şəxs çirkli pulları necə mənimsəyib?
​Aydın Quliyev əlavə etdi ki, əsas suallardan biri də maliyyə mənimsəmələri və ölkə daxilindəki şəbəkə ilə bağlıdır:
​"Özü Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının uzun illər sədri olduğu bir vaxtda çirkli pulların bu dərəcədə mənimsənilməsinə necə baş qoşa bilib? Bütün bunların kökündə nə dayanır? Ramiz Mehdiyevin bu işdə ölkənin daxilində əlaltıları, tərəftarları olubmu, kim olub?"

​Xarici dəstəkçilər və xəyanət şəbəkəsinin miqyası
​Aydın Quliyev söylədi ki, xarici amillərin və dəstəkçilərin də açılması tariximiz üçün önəmlidir:
​"Ramiz Mehdiyevin bu silsilə fəaliyyətlərdən xaricdən dəstəkçilərinin çevrəsi və çərçivəsi nələrdən, kimlərdən ibarətdir? Cəmiyyət bütün bu sualların cavablarının aydınlaşmasını maraqla izləyib və əgər doğrudan da bu məsələlər aydınlaşa bilərsə, həmin məhkəmə prosesi bizim tariximizdə çox suallara aydınlıq gətirəcəkdir."

​Ağır ittihamlar: Təsadüfən irəli sürülə bilməz
​Aydın Quliyev diqqətə çatdırdı ki, Ramiz Mehdiyevə qarşı irəli sürülən maddələr son dərəcə ciddidir:
​"Bilirsiniz ki, Ramiz Mehdiyev çirkli pulların qanunsuz şəkildə legallaşdırılmasında iddia olunur, dövlət hakimiyyətinin qanunsuz ələ keçirilməsi əməllərinə baş qoşmaqda iddia olunur, dövlətə xəyanətdə iddia olunur. Bunların hamısı kifayət qədər ağır iddialardır və elə-belə, təsadüfən irəli sürülmüş iddialar ola bilməz. Hər halda, bu iddiaların arxasında dayanan nələrsə də var ki, ictimaiyyət həmin nələrsənin də açılmasını maraqla gözləyir."

​Politoloq Aydın Quliyevin təhlilindən göründüyü kimi, Ramiz Mehdiyevə qarşı irəli sürülən dövlətə xəyanət, hakimiyyəti qanunsuz ələ keçirməyə cəhd və çirkli pulların mənimsənilməsi iddiaları sıradan bir məhkəmə çərçivəsini aşır. Bu proses yalnız bir şəxsin mühakiməsi deyil, illərlə pərdəarxasında qalan daxili və xarici xəyanət şəbəkələrinin ifşası baxımından Azərbaycanın müasir siyasi tarixində xüsusi yer tutacaq.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki