Təcridxanaya kartofun içərisində telefon keçirmək istədi – FOTO

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına mobil telefon

keçirilməsinin qarşısı alınıb.

Referans xəbər verir ki,bu barədə e-huquq.az-a Penitensiar Xidmətdən məlumat verilib.

Bildirilib ki, həbs olunmuş şəxs Ramil Mərdan oğlu Talıblıya qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 2 ədəd kartofun içərisində

xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon aparatı və 1 ədəd elektrik qidalandırıcısı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət

məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki