Tovuzda ağır qəza: yaralanan var backend

Tovuzda ağır qəza: yaralanan var 

 Tovuzda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Referans Teleqraf-a istinadən xəbər verir ki, “Toyota Prado” markalı avtomobil “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşub.

Qəza zamanı minik maşınında olan Ağstafa rayon sakini 2003-cü il təvəllüdlü Qiyas Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralıya tibbi yardım göstərilib, vəziyyəti kafidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki