Abunəlik sistemini açdı, qazancı ortaya çıxdı: Mələk Mossonun aylıq qazancı gündəm oldu

Türkiyəli müğənni Mələk Mosso musiqi fəaliyyəti ilə yanaşı, sosial media platformalarındakı layihələri ilə də diqqət çəkməyə davam edir. Sənətçinin "Instagram"da tətbiq etdiyi ödənişli abunəlik sistemi vasitəsilə əldə etdiyi aylıq gəlir hesablanıb.

Referans Media xəbər verir ki, Mələk Mossonun ödənişli abunəlik xidmətindən istifadə edənlərin sayı 2 min 804 nəfərə çatıb. Müğənni aylıq abunə haqqını 39,99 türk lirəsi olaraq müəyyənləşdirib. Abunə sayı və aylıq ödəniş əsasında aparılan hesablamalara görə, Mələk Mosso bu sistemdən ayda təxminən 112 min türk lirəsi gəlir əldə edir. Qeyd olunur ki, bu məbləğ platformanın komissiyaları və mümkün vergi ödənişləri nəzərə alınmadan hesablanıb.

"Instagram"da təxminən 859 min izləyicisi olan Mələk Mosso ödənişli abunəlik sistemi vasitəsilə izləyicilərinə xüsusi məzmunlar təqdim edir. Sənətçi musiqi fəaliyyətindən əlavə, rəqəmsal platformalarda da aktivliyini davam etdirir.

Mələk Mosso və Serkan Sağdıç təxminən iki il davam edən evliliklərini ötən ilin oktyabr ayında qarşılıqlı razılıq əsasında sonlandırıblar. Boşanmadan sonra sənətçi həm yaradıcılığı, həm də sosial media layihələri ilə diqqət mərkəzində qalmağa davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki