Referans Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Qonaqcanlı” verilişində deyib. Sənətçi həmin dövrlə bağlı xatirələrini bölüşüb:
“Bir gün Əməkdar artist Ruhəngiz Allahverdiyeva məni məclisdə gördü və “qanadları” altına aldı. Ruhəngiz xanım isə gözütox idi. Toyda gəlib əlimə 100 dollar vermişdilər. O vaxt bu məbləğ mənim üçün milyon manat demək idi. Gətirib Ruhəngiz xanıma verdim ki, bunu ümumi məbləğin üstünə qoyaq. Dedi ki, “Oğul, bu pulu sənə veriblər”. Amma başqa müğənnilər adamın əlindən alırdı ki, səni toya mən gətirmişəm. Musiqiçilər bilir, mən nə demək istəyirəm. Bu hallarla çox qarşılaşmışam”. (Axşam.az)























