Tramp Baydeni hədəfə aldı: Sözləri gündəm oldu

ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO Liderlər Zirvəsi çərçivəsində açıqlamaları ilə yenidən gündəmə gəlib. Tramp keçmiş prezident Co Baydeni sərt ifadələrlə tənqid edib.

Referans Media xəbər verir ki, Zirvə çərçivəsində jurnalistlərin suallarını cavablandıran Tramp İran, NATO və müdafiə siyasəti ilə bağlı açıqlamalarından sonra Baydenin prezidentliyi dövrünə toxunub.

Tramp keçmiş ABŞ liderinin zehni vəziyyətini hədəf alaraq, “Co Baydenin onsuz da beyni yox idi” ifadəsini işlədib.

Trampın açıqlaması ABŞ siyasətində iki lider arasındakı uzunmüddətli qarşıdurmanı yenidən gündəmə gətirib.

ABŞ-ın keçmiş prezidenti daha əvvəl də Baydenin yaşını və idarəçilik qabiliyyətini tənqid edib, onun prezidentlik vəzifəsini yerinə yetirə bilmədiyini iddia edib.

Trampın son açıqlaması isə NATO Zirvəsinin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki