image-tramp-1backend

Tramp İrandan qadınlarla bağlı xahiş etdi

ABŞ Prezidenti Donald Tramp İrandan həbsdə olan qadınların azad olunmasını xahiş edib.

Referans Media APA-ya istinadən xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.

“Mənim nümayəndələrimlə tezliklə danışıqlar aparacaq İran liderlərinə xitab edirəm: Bu qadınları azadlığa buraxsanız, mən bunu çox yüksək qiymətləndirərdim.

Əminəm ki, onlar sizin bunu etməyinizi çox ehtiramla qarşılayacaq.

Xahiş edirəm, onlara ziyan verməyin. Bu danışıqlar üçün çox gözəl başlanğıc olar”, – Tramp qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki