Kuzbass bölgəsində 16 yaşlı oğlan dayanacaqda 11 avtomobilin təkərlərini bıçaqla yararsız hala salıb.
O, həmçinin iki avtomobilin şüşəsini sındıraraq içərisindən audio sistemləri oğurlayıb.
Məlumata görə, oğurlanan əşyalar polis tərəfindən götürülərək sahiblərinə qaytarılıb.
Saxlanılan şəxs dindirmə zamanı sərxoş olduğu üçün etdiklərinin ciddiliyini anlamadığını bildirib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsinin 2-ci hissəsi (oğurluq) ilə iki cinayət işi açılıb. Yeniyetməni 5 ilə qədər həbs cəzası gözləyir.//publika.az























