Trampın oğlundan ŞOK AÇIQLAMA: “Ukrayna elitası müharibədən milyonlar qazanır” – VİDEO

ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp müharibənin Ukrayna elitasının xeyrinə olduğunu bildirib.

Referans Media xəbər verir ki, o, Monakoda Ukrayna nömrə nişanlı çoxsaylı superkarlar gördüyünü və belə sərvətin “Ukraynada qazanıla biləcəyinə” şübhə etdiyini söyləyib.

“20 il əvvəl Ukraynada olmuşam. Bu ölkədə bol sərvət yoxdur. Bundan əlavə, ölkənin ikinci şəxsi yüz milyonlarla dollar oğurladığı üçün həbs olunur. Zənginlər qaçıb”, – deyə o, qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki