Fiqurlu konkisürən Aleksandr Plyuşenkonun 2026/2027 mövsümündən etibarən beynəlxalq yarışlarda Azərbaycan bayrağı altında çıxış etməsinə icazə verilib.
Bu barədə Referans Media-ya Azərbaycan Qış İdman Növləri Federasiyasından bildirilib.
Bununla bağlı Beynəlxalq Fiqurlu Konkisürmə Federasiyasına ünvanlanan müraciət müsbət qiymətləndirilib və idmançının Azərbaycanı beynəlxalq arenada təmsil etməsinə rəsmi razılıq verilib.
Azərbaycan Qış İdman Növləri Federasiyası qarşıdakı dövrdə də fiqurlu konkisürmə ilə yanaşı, digər qış idman növlərinin inkişafı, perspektivli idmançıların cəlb olunması, paralel olaraq yerli idmançıların hazırlanması və Azərbaycanın beynəlxalq idman aləmində mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində effektli fəaliyyətini davam etdirəcək.
