Türkiyədə partlayış: ölən və yaralananlar var

  Antalyada partlayış baş verib.

Referans APA-ya istinadən xəbər verir ki, Antalyanın Demre rayonunda yerləşən meyvə-tərəvəz topdansatış məntəqəsində baş verən partlayış nəticəsində ilkin məlumatlara görə 1 nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Hadisə ilə bağlı əraziyə polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki