UEFA 6 komandanı seçdi – aralarında “Qarabağ” da var

  UEFA Çempionlar Liqasının rəsmi feysbuk səhifəsi hər iki turdan qələbə ilə ayrılan komandaların loqolarını paylaşıb.Referans “Qafqazinfo”ya istinadla xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” 6 xalla siyahıda 6-cı yerdə qərarlaşıb.

Belə ki, Ağdam təmsilçisi “Benfika” və “Kopenhagen” matçlarında rəqib qapılarından 5 top keçirməyi bacarıb.

Xatırladaq ki, 2-ci turun yekununa əsasən, cəmi 6 komanda hər iki matçda qələbə qazanıb ki, onlardan da biri də “Qarabağ”dır.

Qeyd edək ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki