“Uzak Şehir”ə daha bir məşhur aktyor qatıldı

“Kanal D”nin reytinq rekordları qıran “Uzak Şehir” serialı yeni mövsümə güclü aktyor heyəti ilə hazırlaşır. Sentyabr ayında yayımlanacaq üçüncü mövsüm öncəsi serialın heyətinə daha bir tanınmış aktyor qoşulub.


Referans Media  xəbər verir ki, daha əvvəl Mustafa Avkıranın “Kartal”, Onur Özaydının isə Alyanın keçmiş sevgilisi “Enver” obrazını canlandıracağı açıqlanmışdı. İndi isə aktyor Ersin Arıcı da serialın heyətinə daxil olub.

Məlumata əsasən, “Yalı Çapkını” serialındakı performansı ilə diqqət çəkən və son olaraq “Operasyon Alesta” layihəsində rol alan Ersin Arıcı Mardində çəkilişləri davam edən “Uzak Şehir”də “Ateş” obrazını canlandıracaq.

Qeyd edək ki, mövsüm finalında baş verən ayrılıqlardan sonra serialın hekayəsi yenilənib və yeni mövsümdə aktyor heyətinə bir neçə yeni simanın qoşulacağı bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki