“Konuşanlar” proqramı ilə böyük izləyici kütləsi qazanan məşhur komediyaçı Hasan Can Kaya bu dəfə çıxışları ilə deyil, xarici görünüşündəki dəyişikliklə gündəmə gəlib.
Referans Media xəbər verir ki, bir neçə ay əvvəl ABŞ-da Duyğu Karabaş ilə səssiz şəkildə ailə quran Hasan Can Kaya, son paylaşımı ilə izləyicilərinin diqqətini çəkib. Məşhur komediyaçının xeyli arıqladığı və daha formada göründüyü müşahidə olunub.
Hasan Can Kaya sosial media hesabında paylaşdığı videoda yeni görünüşünü nümayiş etdirib. O, paylaşımına “İlk 2 mövsümdəki çəkimə geri döndüm, bəli” sözlərini yazıb.
Komediyaçının bu dəyişimi qısa müddətdə izləyicilərin marağına səbəb olub.
Hasan Can Kayanın arıqlaması sosial şəbəkələrdə geniş müzakirə olunub. İzləyicilər məşhur komediyaçının yeni görünüşünü bəyənərək müxtəlif şərhlər yazıblar.
Bir çox istifadəçi “Evlilik yarayıb”, “Çox yaxşı görünür”, “Arıqlamaq ona yaraşıb” kimi rəylərlə dəstək verib.
Şəxsi həyatını mediadan uzaq saxlamağa çalışan Hasan Can Kaya ötən aylarda Duyğu Karabaş ilə ABŞ-da nikah masasına oturmuşdu. Cütlüyün sürpriz evliliyi uzun müddət müzakirə mövzusu olmuşdu.
