Pezeşkian danışarkən kameraya düşən görüntülər gündəm oldu – Qutunu əlindən aldılar

İran Prezidenti Məsud Pezeşkianın BRICS sammitində çıxışı zamanı arxa planda yaşanan maraqlı anlar diqqət çəkib.

Referans Media xəbər verir ki, Pezeşkian çıxış etdiyi vaxt onun arxasında əyləşən Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Jaiswalın qarşısındakı çərəz qutusundan dəfələrlə yeməsi kameraya düşüb.

Görüntülərdə Jaiswalın qarşısındakı qutudan çərəz götürərək yediyi, daha sonra isə yenidən qutuya əl uzatdığı görünür. Daha sonra onun barmaqlarını yaladığı və eyni əli ilə yenidən ortaq çərəz qutusuna uzandığı diqqət çəkib.

Pezeşkianın çıxışı davam edərkən gözlənilməz məqam yaşanıb. Başqa bir şəxs Jaiswalın qarşısındakı çərəz qutusunu götürərək oradan uzaqlaşdırıb. Bu anlar sammitin rəsmi və ciddi atmosferində diqqət çəkən görüntülərdən birinə çevrilib və sosial mediada maraq doğurub.

İran Prezidenti Məsud Pezeşkian isə BRICS sammitində çıxışı zamanı beynəlxalq və iqtisadi məsələlərlə bağlı mesajlar verib. Onun çıxışı davam edərkən arxa planda yaşanan çərəz qutusu hadisəsi isə kameraların diqqətindən yayınmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki